Rusiyanın Kiyevə hücumu: ölənlər var | VİDEO

   Rusiyanın Kiyevə hücumu:    ölənlər var  | VİDEO
  14 Noyabr 2025    Oxunub:553
İlkin məlumatlara görə, noyabrın 14-nə keçən gecə Rusiyanın hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyev şəhərində 3 nəfər ölüb, 26 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, dağılan binaların altında qalanlar var, odur ki, ölənlərin sayının artacağı gözlənilir. Kiyev şəhərinin meri Vitali Kliçko məlumatların dəqiqləşdiriləcəyini deyib.

Xəsarət alanlar arasında 7 və 10 yaşlı iki uşaq da var. Doqquz yaralı, o cümlədən hamilə qadın xəstəxanaya yerləşdirilib.

Vitali Kliçkonun sözlərinə görə, bu zərbələr nəticəsində istilik şəbəkəsinin bəzi sahələri zədələnib.

Bundan əvvəl, Kiyev Hərbi admisitrasiyasının rəhbəri Timur Tkaçenko və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) bu gecə Rusiya qoşunlarının PUA-lar və ballistik raketlərlə Kiyevə kütləvi zərbələr endirdiyini açıqlayıb.

DFHX-nin Telegram-kanalında yerləşdirilən məlumatda qurumun əməkdaşlarının 40-dan çox insanı xilas etdiyi, ən azı səkkiz çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyi bildirilir.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Kiyev   zərbələr  



Xəbər lenti